DİN Polis Akademiyasının əməkdaşları IX-XI sinif şagirdləri ilə görüş keçirdi

07.01.2024-cü il tarixdə Bakı şəhər Sabunçu rayonu E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis baş leytenantı Alparslan Məmmədli və Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis mayoru İbrahim Məmmədovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi