Heydər Əliyev mərkəzinə ekskursiya təşkil edildi

E.Ağayev adına 198 nömrəli tam orta məktəbin VI, VII, VIII, IX sinif şagirdləri əvvəlcədən planlaşdırılmış Heydər Əliyev mərkəzində təşkil edilən ekskursiyada iştirak etdilər. Bələdçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, təhsili, istifadə etmiş olduğu əşyalar, xalqımızın inkişafında, quruculuq sahəsində gördüyü işlər barədə geniş məlumat verdilər. Şagirdlər böyük zövq və xoş təəssüratlarla ekskursiyadan ayrıldılar.