Bullinq nədir?

Təhsil müəssisələrində baş verən bullinq çox ciddi bir problemdir. Şagirdlər və tələbələr arasında yayılan bu zorakılıq uşaqların, yeniyetmələrin və gənclərin psixoloji və duyğusal sağlıqlarına təsir edir.
Məktəblərdə bu kimi halların qarşısının alınması üçün maarifləndirici tədbirlər həyata keçirilir .
Məktəbin psixoloqu bu mövzu ilə bağlı şagirdləri məlumatlandıraraq onlara bullinqin formaları, onunla necə mübarizə aparmaq lazım olduğunu və.s haqqında danışdı.
O bildirdi ki, bullinq ixtiyarı və təkrar törədilən bir aqressiv davranış formasıdır. Bullinqin kiber, fiziki, sosial, şifahi və psixoloji kimi növlərinin olduğunu bildirdi. Şagirdlərə bullinq şkalası paylanıldı. Onlar öz suallarını verərək, anketi uğurla tamamladılar.