V və VI siniflər üzrə monitorinq keçirildi

11.12.2024-cü il tarixdə E.Ağayev adına 198№-li tam orta məktəbdə V və VI siniflər üzrə monitorinq keçirildi. Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə aparıldı. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, o cümlədən öyrənmə ehtiyaclarını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsidir.