“Qədim türk diyarı-Naxçıvan” adlı intelektual viktorina keçirildi

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi , XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvanın qədim tarixi,mədəni iris və tarixi abidələri haqqında şagirdlərin maarifləndirilməsi məqsədilə “Məktəblərdə Naxçıvan ayı” keçirilir.
Bununla əlaqədar Sabunçu rayonu E.Ağayev adına 198№-li tam orta məktəbdə tədbirlər planına uyğun olaraq bu gün məktəbimizin X və XI sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intelektual viktorina keçirildi. Viktorina məktəbimizin tarix müəllimi Lalə Qiyasovanın iştirakı keçirildi.Viktorinada “Zəka”, ”Hədəf” və “Ümid” adlı qruplar yarışdı. ”Hədəf” qrupu I yerə çıxdı.