"İntiharın profilaktikası" ilə bağlı maarifləndirici tədbir həyata keçirildi

Sabunçu rayon E.Ağayev adına 198 N-li tam orta məktəbin psixoloqu Əhmədzadə Diləzbər tərəfindən lX -X  siniflərlə "İntiharın profilaktikası" ilə bağlı maarifləndirici tədbir həyata keçirildi. Məqsəd yeniyetmələrin həyatında  baş verə biləcək, ölümlə nəticələnə bilən riskli davranış olan intihar haqqında maarifləndirmək və yarana biləcək xoşagəlməz halların qarşısının alınmasıdır.Təlimdə aşağıdakı mövzular haqqında məlumat verildi. 1.İntihar nədir? 2. İntiharın yaranma səbəbləri 3. İntihar meyli hansı yaş aralığında daha çox olur və səbəbləri 4. İntiharın növləri 5. İntiharın yaranmasına səbəb olan  risk faktorlu psixi pozuntular 6. Məktəblərdə intiharın yaranma səbəbi 7. İntiharın qarşısının alınması yolları.

Həmçinin təlim zamanı şagirdlər yeniyetməlik dövrü haqqında da məlumatlandırıldılar.

Bu dövr "Keçid və böhran dövr " adlandırıldığı üçün risk faktorlu dövr olduğu  və ən çox intihar hallarının bu yaş aralığında baş verdildiyi bildirildi.

Şagirdlərin bu mövzu haqqında sualları cavablandırıldı və tədbir uğurla tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi