Pedaqoji Şuranın növbəti iclası keçirildi

30.11.2024-cü ildə məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova gündəlikdə duran məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı.
İclasda elektron jurnalların işlənməsi, fənn olimpiadalarına hazırlıq, hərbi vətənpərvərlik ruhunun aşılanması üzrə dərslərin təşkili, monitorinqlərin keçirilməsi, şagirdlərin davamiyyəti haqqında hesabat dinlənildi, müvafiq qərarlar qəbul edildi.