"Risk qrupu nədir?", "Bura kimləri daxil edirik?" mövzuları ətrafında təlim təşkil edildi

Məktəblərdə ən mühüm məsələlərdən biri risk qrupuna aid olan uşaqlarla işin aparılmasıdır.

"Risk qrupu nədir?", "Bura kimləri daxil edirik ?", "Bu uşaqlarla necə işləmək lazımdır ?" və.s mövzuları ətrafında məktəbin psixoloqu Əhmədzadə Diləzbər tərəfindən təlim təşkil edildi.

Təlimdə məktəbin müvəqqəti direktor əvəzi Qurbanova Ruhiyyə, rəhbər heyət, sinif rəhbərləri və fənn müəllimləri iştirak edirdi.

Bu təlimdə müəllimlərlə onlara maraqlı olan mövzular ətrafında müzakirələr aparıldı.
Məktəblərdə yaşana biləcək riskli vəziyyətlərdə məktəbin idarə heyəti, müəllim, sinif rəhbəri və psixoloq birgə iş aparmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi