"Zəfər Günü" tədbiri keçirildi

07.11.2024-cü il tarixində məktəbimizdə 8 noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu,daha sonra isə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəbimizin direktor əvəzi Ruhiyyə Qurbanova çıxış edərək müəllimləri və şagirdləri bayram münasibətilə təbrik etdi.Hərbi rəhbər Eldar Hüseynov 44 gün davam edən qanlı savaşın Zəfər tarixi haqqında məruzə ilə çıxış etdi.
Tədbir şagirdlərimizin hazırladıqları şeir,mahnı və rəqslərlə davam etmişdir.