1b sinfi riyaziyyat dərsində

I siniflərə riyaziyyatı öyrətmək və öyrənmə prosesi çətin ola bilər. Lakin o demək deyil ki, bu mümkünsüzdür. Hər uşaq oynamağı sevir və bu gücü də riyaziyyata yönəltmək olar. Pazllar, sinifdə təşkil olunan riyazi oyunlar və yarışlar şagirdləri cəlb etmək, onlara fəal öyrənmə təcrübəsi vermək üçün əla yoldur. Həm oynayaraq əylənsinlər, həm də öyrənsinlər.