Qarabağ ordenli-Vətən müharibəsi qazisi, istehkamçı zabit baş leytenant Bəkir Əsgərzadə ilə görüş keçirildi

E.Ağayev adına 198 №-li tam orta məktəbdə Qarabağ ordenli-Vətən müharibəsi qazisi, istehkamçı zabit baş leytenant Bəkir Əsgərzadə ilə görüş keçirildi. Məktəbin kitabxanasında baş tutan “Qazi Bəkir Əsgərzadə ilə görüş” adlı tədbirdə qəhrəmandan bəhs edən “44 gün Zəfər yolu” filmi, həmçinin ona həsr olunmuş verlişlərdən fraqmentlərə baxıldı.
Şagirdlər B.Əsgərzadənin həyat və döyüş yolları haqqında söhbət açaraq onunla canlı ünsiyyətdə olub, öz ürək sözlərini və bir-birindən maraqlı suallar verdilər.Həmçinin Qarabağ qazisi çıxış edərək öz döyüş yollarından və ruhdan düşməyərək hazırda əldə etdiyi nailiyyətlərdən danışdı.
Şagirdlərin ifasında dinlənilən şeirlər,musiqilər məktəb kollektivi və qonaqlar tərəfindən maraqla qarşılandı.