IX sinif şagirdlərinin valideynləri ilə məktəbdaxili I monitorinqin nəticələri ilə bağlı görüş keçirildi

17.10.2024-cü il tarixdə E.Ağayev adına 198 N-li tam orta məktəbdə IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşün məqsədi məktəbdaxili keçirilmiş I monitorinqin nəticəsi barədə fikir mübadiləsi aparmaq idi. Məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Törə Rəhimova və fənn müəllimləri valideynlərə şagirdlərin təhsilinə nəzarəti gücləndirməyi tövsiyə etdi. Eyni zamanda şagirdlərin imtahanda uğur qazanması üçün davamiyyətin yüksək səviyyədə olması, verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq lazım olduğu vurğulandı.