STEAM dərslərində Ardunio qurğusundan istifadə edərək hazırlanan layihə işləri

Bugün 9b sinfində STEAM dərsində Ardunio qurğusundan istifadə edərək hazırlanan layihə işlərini təqdim etdik. Bu sistem əsasında hazırlanmış layihələr vahid sistemə məxsus ağıllı evlərdə mövcud olan sistemləri və təhlükəsizlik sistemlərini də özündə birləşdirir. Onlar həm mühəndis sistemlərinin bütövlüyünü qoruyur, həmdə evi xarici girişlərdən xəbərdar edirlər. Belə sistemlərdə istifadə edilən bütün sensorlar, işlədiyimiz sensorlar əsasında yaradılır və onların işləmə prinsipləri ilə çalışırlar. Layihənin həyata keçirilməsində komanda işindən, Ardunio setindən (Ardunio lövhəsi, kompüterə qoşmaq üçün kabel, LED işıqlar, maneə aşkarlayan sensor, düymə, səs sensoru, naqillər, lövhə) istifadə olunub.