5-ci siniflərin adaptasiyası ilə bağlı məktəbin psixoloqu bu gün maarifləndirici tədbir təşkil etdi

5-ci siniflərin adaptasiyası ilə bağlı məktəbin psixoloqu bu gün maarifləndirici tədbir təşkil etdi.Tədbirdə valideynlərlə anket sorğusu keçirildi. Anketdə onların övladlarının 5-ci sinfə keçirilməsi ilə əlaqəli suallar mövcud idi. Valideynlərlə anketdə olan suallar haqqında ətraflı söhbət aparıldı. Eyni zamanda həmin sinfin sinif rəhbəri Lalə Qiyasova çıxış edərək valideynlərə öz irad və tövsiyələrini irəli sürdü. Əsas məqsəd şagirdlər ibtidai sinfi bitirib yeni bir dövrə başladıqları üçün onların adaptasiyasını gücləndirib, yeni tədris ilinə səmərəli şəkildə başlamasını həyata keçirmək idi .
Tədbir uğurla tamamlandı, valideynlərin sualları cavablandırıldı, şagirdlərə müvəffəqiyyətlər arzulandı.