1a sinfində Şəhid Həmidov Pərvin Azər oğlunun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir

E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə 02.10.2024-cü il tarixində 1a sinfində Şəhid Həmidov Pərvin Azər oğlunun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şagirdlər şəhidlərimiz haqqında şeirlər səsləndirdilər, şəhidlərimizin bizim üçün ölməz olduğunu, daim qəlbimizdə yaşadığını, onlarla qürur duyacağımızı müxtəlif şeirlərlə bizə çatdırdılar.