Valideyn iclası

Bu gün 01.10.2024-cü il tarixdə E.Ağayev adına 198 N-li tam orta məktəbin 7b sinfinin valideyn iclası keçirilmişdir. İclası sinif rəhbəri Dürdanə Nağıyeva açmışdır. Məqsəd məktəbimizə yeni gələn müəllimlərlə valideynləri tanış etmək, şagirdlərin təlim-tərbiyəsi barədə məlumat vermək idi. İclasda məktəbimizin direktoru Ruhiyyə Qurbanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Törə Rəhimova, dərs deyən müəllimlərdən Azərbaycan dili və Ədəbiyyat müəllimi Qumru Əzizova,Riyaziyyat müəllimi Türkan Ağayeva, İdman müəllimi Yalçın Əlizadə və s. iştirak etdilər. Şagirdlərin daha da yaxşı nəticə əldə etmələri üçün valideynlərin daima məktəblə sıx əlaqə saxlamaları tövsiyə olundu.