"Antiterror əməliyyatı"ndan bir il keçir

Bu gün 2023-cü ildə sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatından bir il keçir. Bu əməliyyat nəticəsində Qarabağın Xocalı, Xankəndi,Xocavənd ərazilərində yerləşən erməni quldur xuntası məhv edilmişdir və Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan bayrağını bu ərazilərdə qaldıraraq Azərbaycanın ərazi suverənliyini tam təmin olunduğunu bəyan etmişdir.
Bu əlamətdar hadisədən artıq bir il keçir. Bu gün məktəbimizin VIII və X sinif şagirdləri bu hadisələri anmaq üçün dəyirmi masa ətrafında toplaşdılar.
Tədbirdə məktəbin direktoru Qurbanova Ruhiyyə, Hərbi rəhbər Hüseynov Eldar və tarix müəllimləri Qiyasova Lalə, Namazova Günel çıxış etdilər.Şagirdlərimiz bu tədbirdə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdilər.