Milli Musiqi Günü

18 Sentyabr-Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizin musiqi müəllimi Püstə Xanəliyeva Ü.Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. 7c sinif şagirdləri tərəfindən Ü.Hacıbəylinin əsərlərindən musiqilər səsləndirildi. Şagirdlər xor şəklində Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından bir parçanı ifa etdilər.