1-ci siniflərin məktəbə sürətli adaptasiyası ilə bağlı onların valideynləri ilə söhbət aparıldı

Məlum olduğu kimi məktəb mühiti uşaqların həyatında yeni bir mərhələdir .Amma məktəbə adaptasiya prosesi hər bir şagirddə fərqli bir şəkildə özünü göstərir.
Bəzi uşaqlar məktəbi həyəcan və sevinclə gözlədiyi halda, bəzilərində isə qorxu, stress və bunun kimi başqa hallar özünü göstərir .
1-ci siniflərin məktəbə sürətli adaptasiyası ilə bağlı onların valideynləri ilə söhbət aparıldı. Onlara əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü çatdırdıq. Valideynlərlə qarşılıqlı dialoq şəklində söhbət apardı məktəbin psixoloqu. Onlara maraqlı olan suallar cavablandırıldı.
Yeni tədris ilinin ilk günü uğurla tamamlandı, şagirdlərə müvəffəqiyyətlər arzulandı.
#Məktəb198#MəktəbəAdaptasiya#1ci siniflər# təlim# təhsil#ilk gün