"Bilik Günü" tədbiri keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 198 N-li tam orta məktəbdə “Bilik Günü” qeyd edildi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Təlimata əsasən məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. 2023-2024-cü ildə əldə olunan uğurlar barədə geniş məlumat verdi.
Daha sonra bu il 1-ci sinfə qədəm qoyan şəhid atasının adını daşıyan Pərvin Həmidovun anası Günay xanım öz sevincini bizimlə bölüşdü.
Tədbir şagirdlərin çıxışından ibarət bədii hissə ilə davam etdirildi. Pedaqoji heyətə və şagirdlərimizə yeni tədris ilində uğurlar arzulayırıq.