Məktəbimizin 625 bal toplamış şagirdi Leyla Bayramova 12 sentyabr 2024-cü ildə Sabunçu Rayon Gənclər Evində keçirilmiş Təhsil Konfransında iştirak etdi

12 sentyabr 2024-cü ildə Sabunçu Rayon Gənclər Evində Təhsil Konfransı keçirildi. Konfransı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Sabunçu rayonunun müxtəlif sahələrinə aid uğurları əhatə edən çıxışı ilə açıq elan etdi. Eyni zamanda Sabunçu rayon üzrə yüksək nəticələr toplamış uşaqlar öz uğurlarını tədbir iştirakçıları ilə bölüşdülər. Məktəbimizin 625 bal toplamış şagirdi Leyla Bayramova öz yaddaqalan çıxışı ilə konfrans iştirakçılarının diqqətini cəlb etdi. Çıxışında xüsusi olaraq qeyd etdiyi doğma vətəninə, gözəl guşəmiz Qarabağa olan sevgisindən dolayı öz istəyi ilə Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsini seçməyi xüsusi alqışa səbəb oldu. Leyla balamıza gələcək həyatında uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi