Pedaqoji Şuranın iclası keçirildi

9 sentyabr 2024-cü il tarixdə məktəbdə 2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şuranın iclası keçirildi. Məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova iclasın gündəliyində duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə imzaladığı əmrdən yaranan məsələlər haqqında müzakirələr aparıldı. IX, XI siniflərin buraxılış nəticələri və ali məktəb nəticələri təhlil edildi. Daha sonra isə yeni dərs ilində qarşıda duran əsas hədəflər haqqında, II-XI siniflərdə ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunması, ”Metodiki şura və fənn metodbirləşmələrinin təşkili haqqında”, ”2024-2025-ci tədris ilində müəllimlər arasında dərs saatlarının və məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə, sinif rəhbərlərinin fəaliyyət planlarının təsdiqi və s. cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.