24.06.2024-cü il tarixində Pedaqoji Şura iclası keçirildi

24.06.2024-cü il tarixində Pedaqoji Şura iclası keçirildi.Direktor əvəzi Qurbanova Ruhiyyə çıxış edərək yekun hesabatlar barədə məlumat verdi. Eyni zamanda,sinif jurnalları, şəxsi işlər və elektron jurnalların vaxtında və düzgün şəkildə yazılıb təhvil verilməsini də bildirdi. I-VIII sinif və X siniflərin sinifdən-sinfə keçirilməsi məsələsi də müzakirə edildi. Sinif rəhbərləri də öz növbəsində,illik hesabatları ilə çıxış etdilər. Pedaqoji Şura iclasının sonunda Ruhiyyə müəllim kollektivlə birgə sertifikasiya imtahanında iştirak edib uğur qazanan hər bir müəllimi təbrik etdi.