“Son zəng” tədbiri keçirildi

14.06.2024-cü il tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi. Məzun olan 11a,11b,11c sinif şagirdləri rəqsləri və mahnıları ilə çıxış etdilər. Eyni zamanda, I sinif şagirdlərinin hazırladığı maraqlı ədəbi-bədii kompozisiyalar da nümayiş olundu. Məzunlar çıxış edərək ürək sözlərini söylədilər. Tədbirdə çıxış edən müəllimlər gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə və elmə marağın daha da artırılması istiqamətində görülən işlərdən danışıb,məzunları təbrik etdilər, onlara gələcək təhsillərində və həyatda uğurlar arzuladılar.Tədbirin sonunda BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun baş məsləhətçisi Tural Hətəmov məzunları təbrik edərək onlara müstəqil həyatın keşməkeşli yollarında dözümlü olmağı arzuladı.