4b sinif şagirdləri sinif rəhbəri Zeynalova Nailənin rəhbərliyi altında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ekskursiya ediblər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbimizin 4b sinif şagirdləri sinif rəhbəri Zeynalova Nailənin rəhbərliyi altında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ekskursiya ediblər. Şagirdlər Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunun fəaliyyəti ilə tanış oldular. Bu ekskursiya şagirdlərə tullantıları yeni standartlara uyğun yerləşdirmək və zərərsizləşdirməklə ekoloji vəziyyəti daha da yaxşılaşdırmağın mümkün olduğunu göstərdi. Daha sonra şagirdlərə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı bukletlər paylanıldı.

Yaratdığı bu şəraitə görə "Təmiz Shahar" ASC- nin əməkdaşlarına təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi