"Təhsilverənlərin etik davranış Qaydaları" və "Korrupsiyaya qarşı mübarizə haqqında" tədbir keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Kollegiyasının 15.05.2024-cü il tarixli Qərarı ilə qəbul olunmuş "Təhsilverənlərin etik davranış Qaydaları"nın və "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun müddəaları məktəbimizin bütün pedaqoji və texniki işçi heyətinin nəzərinə çatdırıldı.
Qaydaların müddəaları ilə tanış olundu. Qanunun aliliyi,vəzifə funksiyalarına ciddi riayət olunması korrupsiya hallarının qarşısını almaq üçün əsas vasitələrdən biridir.
İnanırıq ki, bu qaydalara məktəbin bütün kollektivi hamılıqla əməl edəcək, hər hansı bir neqativ halların qarşısını almaq üçün əlindən gələni edəcəkdir.