1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi

198 Nli tam orta məktəbdə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə uşaqlar öz bacarıqlarını göstərərək, rəqs etdilər, mahnı oxudular, şeir söylədilər. Məktəbin ibtidai sinif müəllimləri şagirdləri uşaqlar günü münasibətilə təbrik edib, onlara təhsil və gələcək həyatlarında uğur və müvəffəqiyyətlər arzuladılar. Sonda məktəblilər "Uşaqları qoruyaq" mövzusunu əks etdirən fləşmob göstərdilər.
Gününüz mübarək,əziz uşaqlar!!!