2b sinfinin şagird və valideyn heyətinin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olundu

18.05.2024-cü il tarixində 198 nömrəli tam orta məktəbin 2b sinfinin şagird və valideyn heyətinin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olundu. Əvvəlcə şagirdlər üçün Azərbaycan incəsənətinin tarixi, tarixi şəxsiyyətləri və abidələri haqqında mühazirə söylənildi. Daha sonra şagirdlər incəsənət nümunəsi sayılan şəbəkə rənglənməsi işini ustad dərslərində kağız üzərində yerinə yetirdilər. Sonda isə şagirdlər muzeyi gəzdilər, tarixi eksponatlarla yaxından tanış oldular. Bu cür ekskursiyaların təşkili şagirdlərin ölkəmizin zəngin mədəniyyət və incəsənət nümunələri ilə yaxından tanış olmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi