Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 il ötür

Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 il ötür.

Bu məqsədlə 5c sinfində bugünki dərsimiz “ Vətənə, xalqa, həsr edilən ömür “ oldu. Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən videoçarx təqdim edildi. Bir daha şagirdlər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərməsinin şahidi oldular. Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxmış, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunmuşdur. Heydər Əliyev Azərbaycanda milli oyanışın, iqtisadi və sosial tərəqqinin banisidir.

2020-ci ildə başlayan və qələbəmizlə başa çatan Vətən müharibəsinin, ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, bir sözlə qazandığımız bütün uğurların təməlində ulu öndərin ideallarının dayandığını vurğuladıq, gələcək nəsillər tərəfindən dərindən öyrəniləcəyinə, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağına əminliklə ifadə etdik.

Dərs prosesində şagirdlərin iştirakı ilə “Heydər Əliyev Müasir Azərbaycanın qrucusudur” adlı qrup yarışı keçirildi. Şagirdlərin marağına səbəb olan yarış qalibiyyətlə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi