Məktəbin coğrafiya müəllimi Ülviyyə Ağazadə 6c sinfində "Qatar"adlı bilik oyunu keçirdi

02.05.2024-cü il tarixdə məktəbin coğrafiya müəllimi Ülviyyə Ağazadə 6c sinfində "Qatar"adlı bilik oyunu keçirdi. Şagirdlər qatar formasında düzülərək müəllimin onlara ünvanladığı suala cavab verdilər. Sualın cavabını bilməyən şagird oyundan kənarlaşdırıldı. Bu qayda ilə davam edən oyunun sonunda Hüseynli Aylin l yerə layiq görülərək, təşəkkürnamə ilə təltif olundu. Qeyd etmək lazımdır ki, bu tip təşkil olunan bilik oyunlarının keçirilməsi həmin fənnə olan marağı daha da artırır.