"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə" həsr olunmuş dəyirmi masa keçirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə" həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada iştirak edən şagirdlər dahi şairin zəngin ədəbi -bədii irsi,eyni zamanda, həyat və yaradıcılığından bəhs edən maraqlı söhbətlər etdilər. Həmçinin şagirdlərin ifasında şairin qəzəl və şeirləri dinlənildi. Dəyirmi masanın təşkilinə rəhbərlik edən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri M.Fərqanə və Ə.Qumrunın məqsədi şagirdlərin bu istiqamətdə yaradıcılıq və intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq və gənc istedadları üzə çıxarmaq idi.

Davamı olaraq məktəbimizdə fəaliyyət göstərən "Uşaq xoru" Məhəmməd Füzulinin "Leyli və Məcnun"poemasından "Şəbi-hicran" a kapellasını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi