Bu il məktəbimiz üçün Novruz bayramı müxtəlif dəyərləri ilə yadda qaldı

Bu il məktəbimiz üçün Novruz bayramı müxtəlif dəyərləri ilə yadda qaldı. İlk növbədə gözəl adətlərimizdən biri olan Novruz paylaşımlarımızı etdik. Ramana qəsəbəsində yerləşən 7 saylı Uşaq Nevroloji Sanatoriyasına bayram xonçaları, imkansız ailələrə yardım,Kəlbəcərdə yerləşən N saylı hərbi hissəyə novruz sovqatı,əsgərə aid zəruri əşyalar, kitab və əsgərə məktublar yola salındı.

Eyni zamanda məktəb kollektivinin və şagirdlərin iştirakı ilə İlaxır çərşənbəsi olan Torpaq çərşənbəsi böyük ruh yüksəkliyi ilə qeyd edildi. Məktəbin “Uşaq xoru”nun və “Ədəbiyyatsevərlər” dərnəyinin üzvlərinin hazırladığı müxtəlif çıxışlar tədbirə xüsusi rəng qatdı.

Məktəbin direktoru Şəlalə Nadirova çıxış edərək varlığın yenidən canlanmasını müjdələyən Novruzun insanlar arasında birlik və əmin-amanlığın carçısı olduğunu qeyd etdi və Azərbaycan xalqına sülh, xoş günlər,bol ruzi,bərəkət arzuladı. Gəlin sevincimizi,sevgimizi paylaşaq ki,dünyamız gözəlləşsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi