8-11 ci siniflər arasında məktəbdaxili spartagida( futbol yarışı) keçirildi

Elm və təhsil nazirinin əmrinə əsasən şagirdlərin idmana marağın artırılması,sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə 198Nli tam orta məktəbdə 1-7 mart tarixlərində verilmiş proqrama uyğun olaraq şagirdlərin iştirakı ilə silsilə tədbirlərin keçirilməsinə start verildi. 04.03.2024 cü il tarixində fiziki tərbiyə müəllimi Əlizadə Yalçın müəllimin rəhbərliyi ilə 8-11 ci siniflər arasında məktəbdaxili spartagida( futbol yarışı) keçirildi.

Yarışda 9 ç sinfi qalib komanda kimi kubok ilə mükafatlandırıldı, digər 2-ci yerin qalibi 9 c sinfi gümüş, 3-cü yerin qalibi 10 b sinfi isə bürünc medallarla təltif olundu.

7 mart tarixinədək davam edəcək layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar və görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi