14 Fevral Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş bilik yarışı keçirildi

198Nli tam orta məktəbdə Kiçik Akademiyanın rəhbərliyi ilə şagirdlərdən ibarət "Tomris", "Səfəvilər", "Zirvə" komandaları arasında bilik yarışı keçirildi. Yarış 14 fevral Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuşdu. Yarışın sonunda məktəbin direktoru Ş.Nadirova qalib gələn "Səfəvilər" komandasını təbrik edərək onlara bu günkü ənənəyə uyğun olaraq kitab bağışladı və öz çıxışında onlara kitab və mütaliəyə məhəbbəti artırmağı, həmçinin kitabı sevdirmək üçün onu bir-birilərinə hədiyyə etməklə başlamağı tövsiyyə etdi.