Gənclərin Çağırışaqədərki Hazırlığı fənni üzrə 10A sinfində “Kalaşnikov avtomatı.Təyinatı və döyüş xassələri” adlı nümunəvi dərs keçirdi

E.Ağayev adına 198 nömrəli məktəbin hərbi rəhbəri Gənclərin Çağırışaqədərki Hazırlığı fənni üzrə 10A sinfində “Kalaşnikov avtomatı.Təyinatı və döyüş xassələri” adlı nümunəvi dərs keçirdi.

Şagirdlərə əyani surətdə avtomatın hissə və mexanizmləri haqqında məlumat verildi. Silahın sökülərək sonradan yığılması böyük marağa səbəb oldu. Şagirdlər AK-74 avtomatının fərdi silah olub düşmənin canlı qüvvəsini məhv etmək, atəş vasitələrini susdurmaq üçün təyin olunduğu və silahla istifadədə düzgün davranmağın vacibliyini öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi