Kiçik Akademiyanın təşkilatçılığı ilə Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş bilik yarışması keçirildi

29.11.2023-cü il tarixində məktəbimizdə Kiçik Akademiyanın təşkilatçılığı ilə Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş bilik yarışması keçirildi. Yarışmada iştirak edən komandalar məktəbin müəllim və şagird heyətindən təşkil olundu. Müəllim-şagird münasibətlərinin, sağlam rəqabət hissinin formalaşdırılması, komanda işinin inkişafı baxımından bu yarış böyük əhəmiyyətə malik oldu. Qalib gəlmiş komandalar növbəti mərhələyə vəsiqə qazandı.