Heydər Əliyevin 100 illik yübileyi və Zəfər gününə həsr olunmuş “Əziz Şuşa,sən azadsan!” proqramı təşkil olundu

06.11.2023-cü il tarixində “Dost məktəblər” layihəsinin növbəti görüşü E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə Beyləqan rayonu Birinci Şahsevən kənd 1Nli tam orta məktəbinin birgə təşkilatçılığ ilə Heydər Əliyevin 100 illik yübileyi və Zəfər gününə həsr olunmuş “Əziz Şuşa,sən azadsan!” proqramı ilə təşkil olundu. G.Əsədov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ağalıyeva Rəqsanə 9ª sinif şagirdləri ilə birlikdə P.Nurəliyevanın "Əziz Şuşa,sən azadsan !" pyesi əsasında tamaşa hazırlamışdır.

Əsərdə Şuşadan didərgin düşən bir ailənin timsalında vətən övladlarının yurd sevgisi,vətən həsrəti və mübarizəsi öz əksini tapıb. Şuşa nisgili ilə dünyadan köçən Natəvan nənənin nəvəsi Turan bir qərar verir: ”Nə qədər ki, Vətən dardadır, şəxsi arzulardan söhbət gedə bilməz..." Əsəri izləyən tamaşaçı bir daha əmin olur ki , Vətən sevgisi ən uca sevgidir!

Əsərdə iştirak edənlər:

Natəvan nənə -Əsədova Lalə

Turan- Ağalıyev Tunar

Eldar - Ağalıyev Çinar

Ana - Nərimanlı Fatimə

Nərgiz( uşaq)-Şükürova Günəş

Nərgiz (böyük)-Rzayeva İlqarə

Həkim - Quliyev Həmid

Tibb bacısı- Məmmədova Qaragöz

Qonşular- Qurbanova Zəhra,

Nərimanlı Tofiq,

Orucova Ayan,

Məmmədov Cahangir,

Möhsümova Aysun,

Əliyarov Dərgah.

“Əziz Şuşa,sən azadsan!” birpərdəli pyesi ilə çıxış edən dost məktəbin şagirdlərinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Məktəbin direktoru,müəllimlər və iştirakçılar fəxri fərmanla təltif olundular. Qazilər əl ilə toxunmuş bayraqları məktəbə və gələn qonaqlara təqdim etdilər.

Sonra çıxış üçün söz məktəbin qonaqlarına verildi. Qonaqlar sərgilənən tamaşadan təsirləndiklərini bildirdilər və belə tədbirlərin,məktəblərarası dostluqların mütəşəkkil şəkildə davam etməsini arzuladılar. Daha sonra Beyləqan rayonu 1-ci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin direktoru və bir qrup müəllimləri iştirakçılarla birlikdə məktəbin yerləşdiyi Ramana qəsəbəsində Ramana qalasını ziyarət etdilər. Qonaqlar qalanın keçmiş tarixi,etnoqrafiyası ilə tanış oldular .Həmin məktəbin müəllim və şagird kollektivi xoş təəssüratlarla ayrıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi