"Dost məktəblər" adlı layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndərin sevdiyi mahnılar və onların tarixçəsi" adlı tədbir

31.10.2023-cü il tarixdə "Dost məktəblər " layihəsini ilk görüşü Bakı şəhəri E.Ağayev adına 198N-li tam orta məktəbinin Beyləqan rayon 1-ci Şahsevən kənd 1N-li tam orta məktəbinə səfəri ilə başladı. E.Ağayev adına 198N-li tam orta məktəbin xor dərnəyinin üzvləri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndərin sevdiyi mahnılar və onların tarixçələri” adlı müsiqi proqramı ilə Beyləqan rayon 1-ci Şahsevən kənd 1N-li tam orta məktəbində çıxış etdilər.

Dərnəyin rəhbəri: Püstə Xanəliyeva

Dərnəyin üzvləri:

1.Quliyev Şamil - 8b

2.Rəhimov Əli - 8ç

3.Quliyev Əli - 6b

4 Məmmədli Aysu - 6c

5.Əhmədova Səmayə - 6c

6.Zeynalova Nuray - 6c

7.Abdullayeva Zəhra - 5c

8.Heydərli Rəfaqət-7a

9.Hacıyeva Çinarə-10a sinif böyük həvəslə tədbirə hazırlaşmışdılar. Qonaq olduğumuz məktəbin direktoru Elnurə Kazımova çıxış edərək tədbiri açıq elan etdi. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə Beyləqan Rayon Təhsil Sektorunun müdiri Abbasov Elvin, metodkabinet rəhbəri Məmmədov Həsən, metodist Abbasova Ləman, kurator Mədətov Sahibxan, Kadrlar Şöbəsinin müdiri Kərimov Süleyman,M.M.R.M.S baş məsləhətçisi Qələndərov Məhəmməd, YAP Beyləqan Rayon Təşkilatının əməkdaşı Əsgərov Niyaməddin iştirak etdilər.

Tədbirin bədii hissəsindən sonra 198 Nli məktəbin direktoru Şəlalə Nadirova çıxışında belə bir layihənin həyata keçirilməsində köməklik göstərən Elm və Təhsil Nazirlıyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin rəsmi icazəsini xüsusi təşəkkürlə vurğuladı.Eyni zamanda Mil-Muğan Regional Təhsil Şöbəsinin müdiri Rəşad Musayevin bizə göstərdiyi diqqət və qayğısına görə təşəkkür edirik. Belə tədbirlərin keçirilməsi təlim və tədrisin keyfiyyətinə yaxşı təsir göstərdiyinin və bu istiqamətdə tədbirlərin davamlı keçirilməsini təqdirəlayiq olduğunu bildirdi.

Sonra çıxış üçün söz məktəbin qonaqlarına verildi. Qonaqlar musiqi proqramını heyranlıqla dinlədiklərini və zövq aldıqlarını alqış və sevgilərlə bildirdilər və belə tədbirlərin, məktəblərarası dostluqların mütəşəkkil şəkildə davam etməsini arzuladılar.

Sonra Beyləqan Rayon 1-ci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin direktoru və bir qrup müəllimləri iştirakçılarla birlikdə Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən “Bayraq meydanı”nı və Şəhidlər xiyabanını ziyarət etdilər. Belə layihələrin keçirilməsi vətənə sevginin və təhsilə marağın artırılmasında, şagirdlər arasında humanizmin aşılanmasında böyük rol oynayır.Bu gün biz buna bir daha əmin olduq.

Onu da qeyd edək ki, 06 noyabr 2023 - cü il tarixində məktəblərarası dostluq münasibətinin davamı olaraq 198Nli məktəbdə Beyləqan Rayon 1-ci Şahsevən kənd 1Nli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi qonaq olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi