“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi ilə əlaqədar 198 N-li və 215 N-li tam orta məktəbin sinif rəhbərləri ilə mütəxəssis Xalidə Həmidova tərəfindən seminar keçirildi

ARTİ və BŞTİ tərəfindən icra olunan “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi ilə əlaqədar 198 N-li və 215 N-li tam orta məktəbin sinif rəhbərləri ilə təlimləndirilmiş mütəxəssis Xalidə Həmidova tərəfindən seminar keçirildi. Təlimin keçirilməsi fiziki, mənəvi, cinsi, psixoloji zorakılığa məruz qalmış uşaqların aşkara çıxarılması üçün sayıq davranmaqla adekvat cavab tədbirləri görmək məqsədi daşıyırdı.

Valideyn və uşaqlarda problem və narahatlıq yaradan məsələlər barədə təşkil olunmuş UMT qrupunun üzvlərinin məktəbdə yaradılmış guşədə qeyd edilmiş telefon nömrələri ilə əlaqə saxlamaları və ya yazılı müraciətlərin anonim şəkildə guşədə yerləşən qutuya atılması tapşırıldı.

Sinif rəhbərlərinə hər bir hadisə haqqında məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi bir daha tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi