Refleksiv müəllim” adlı seminar keçirildi

E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən “Refleksiv müəllim” adlı seminar keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Zöhrabova seminarda nümunəvi dərslə çıxış etdi. Nümunəvi dərs yeni metodla slayd şəklində təqdim olundu. Nümunəvi dərsdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları, məktəbin müəllimləri iştirak etdilər. ARTİ-nin əməkdaşları, metodistləri, moderatorları tərəfindən dərs müzakirə olundu, suallar verildi. Məqsəd bu nümunəvi dərsdən faydalanmaq, metodlardan digər müəllimlərin də öz fəaliyyətində istifadə etməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi