Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Neçə yüz il keçəcək" adlı tədbir keçirildi

10.05.2023-cü il tarixində E.Ağayev adına 198N-li tam orta məktəbdə Ulu Öndər,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Neçə yüz il keçəcək" adlı tədbir keçirildi. Tədbir Azərbaycanın Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin şagirdləri Ulu Öndərin Müstəqil Azərbaycan tarixində fəaliyyəti haqqında çıxışlar edərək şeirlər söylədilər, rəqslər etdilər. Ulu Öndərin həyat fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Məktəbin uşaq xorunun ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirildi. Tədbirin sonunda məktəbimin direktoru Şəlalə Nadirova çıxış etdi. Tədbirin təşkilatçıları məktəbin tarix müəllimi Lalə Qiyasova, musiqi müəllimi Püstə Xanəliyeva, tədbirin digər iştirakçıları Fəxri fərman və Təşəkkürnamə ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi