"Qarabağın görkəmli şəxsiyyətləri"

Uğrunda minlərlə qəhrəmanlarımızın canından keçdiyi Qarabağ gözəlliklər məskənidir. Hər bucağı, hər yanı səfalıdır, əzizdir. Bu torpaq Azərbaycana dahilər, tariximizdə mühüm rol oynayan böyük şəxsiyyətlər bəxş etmişdir.

  27.04.2023-cü il tarixində 4a sinfində keçirilən təşkilat saatının mövzusu da "Qarabağın görkəmli şəxsiyyətləri"dir. Qarabağın əsrarəngiz təbiəti, tarixi abidələri haqqında videoçarx təqdim olundu. Görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından məlumat verildi. Şagirdlər görkəmli şəxsiyyətlər ilə qürur hissi duyduqlarını söyləyib, özlərinin də gələcəkdə dövlətimizə layiqli vətəndaş olmaqları üçün çalışacaqlarına söz verdilər. Sinif rəhbəri Ziba Cənnətova Üzeyir Hacıbəyli, Qasım bəy Zakir, Xurşidbanu Natəvan haqqında şagirdlərə maraqlı məlumatlar söylədi. Daha sonra Qarabağın tarixi-memarlıq abidələrinə toxunuldu. Təşkilat saatı uğurla yerinə yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi