“Təhlükəsizlik qaydalarının qorunmasına aid söhbət” mövzusunda təşkilat saatı keçirildi

28.04.2023-cü il tarixində E.Ağayev adına 198N-li məktəbdə 1b sinfinin rəhbəri Fidan Azayeva “Təhlükəsizlik qaydalarının qorunmasına aid söhbət” mövzusunda təşkilat saatı keçirdi. Mövzu ətrafında şagirdlər müəllimə diqqətlə qulaq asaraq müzakirədə iştirak etdilər. Hissə-hissə şagirdlər təhlükəsizlik qaydalarını açıqladılar. Onlar bir daha öyrəndilər ki, elektrik naqilləri ilə ehtiyatlı olmalı, yol hərəkət qaydalarına riayət etməlidirlər. Evdə tək olarkən  tanış olmayan heç kəsə qapı açmamalı, qaz və işıqla oynamamalı olduqlarını da bildilər. Eyni zamanda, təbiətə qarşı da həssas yanaşmalı olduqları nəzərə çatdırıldı. Meşədə yanğın törətməməli, gül-çiçəyi qoparmamalı, balıq ovu zamanı gölləri tulantılarla təhlükəli hala gətirməməlidirlər. Şagirdlər təhlükəsizlik qaydalarının qorunması üçün bu qaydalara əməl edəcəklərinə dair söz verdilər.

 Təşkilat işləri üzrə direktor müavini Nuranə Hüseynzadə də təşkilat saatında iştirak etdi. Təşkilat saatı uğurla həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi