“Zərifə xanım Əliyevanın anım günü” mövzusunda təşkilat saatı keçirildi

28.04.2023-cü il tarixində E.Ağayev adına 198N-li məktəbdə 10c sinfinin rəhbəri Nigar Qasımova “Zərifə xanım Əliyevanın anım günü” mövzusunda təşkilat saatı keçirdi. Sinif rəhbəri akademik Zərifə xanımın həyat yolundan və göstərdiyi fəaliyyətindən bəhs etdi. Şagirdlər bu mövzuda şifahi təqdimatla çıxış etdilər. 10c sinif şagirdləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın daim qəlbimizdə qayğıkеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi və zəhmətkeş insan kimi yaşayacağını bildirdilər.

   Sinif rəhbəri şagirdlərin diqqətinə çatdırdı: ”Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir”.

    Təşkilat saatı uğurla yerinə yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi