"Tarixi abidələrin qorunması və mühafizəsi" mövzusunda açıq dərs

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 aprel 1982-ci ildə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura tərəfindən təklif edilmiş və 1983-cü ildə YUNESKO-nun Baş Assambleyası tərəfindən təsdiq edilmişdir. Məqsəd insanları bəşəriyyətin mədəni irsinin müxtəlifliyi, abidələrin zərərə qarşı həssas olması və onların mühafizəsi, qorunması üçün tələb olunan işlər haqqında maarifləndirməkdir.

Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olundu.

E.Ağayev adına 198N-li tam orta məktəbin 9 "a" sinif şagirdləri ilə birgə Ramana qalası və digər tarixi abidələr qarşısında "Tarixi abidələrin qorunması və mühafizəsi" mövzusunda tarix müəlliməsi Xırdaxanım Hüseynova açıq dərs keçdi. Dərs şagirdlər üçün çox maraqlı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi