“Hansı peşə daha yaxşıdır?” mövzusunda təşkilat saatı

10b sinfinin rəhbəri Nərgiz İbadullazadə “Hansı peşə daha yaxşıdır?” mövzusunda təşkilat saatı keçirdi. Təşkilat saatının keçirilmə məqsədi şagirdlərin peşə seçimində onları istiqamətləndirməkdir. Şagirdlər hansı peşəni seçəcəkləri ilə bağlı fikirlərini bildirdilər. Bu peşəni seçdikdə kimdən örnək götürdüklərini, peşənin hansı özəlliklərinin olması onların diqqətini cəlb etdiyini də qeyd etdilər. Sinif rəhbəri onlara gələcəkdə hansı peşə seçmələrindən asılı olmayaraq, o peşəni sevərək və ürəkdən icra etmələrini tövsiyə etdi. Kim peşəsini daha çox sevərsə, o da daha çox uğur əldə edər.

    Təşkilat işləri üzrə direktor müavini də iştirak edərək öz  tövsiyələrini bildirdi. Onlara uğurlu peşə seçimində diqqətli olmağı tapşırdı. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır deyə bildirdi. Təşkilat saatı uğurla yerinə yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi