"Big Ben” və "Maiden Tower" komandalarının yarışı

15.04.2023- cü il tarixində ingilis dili fənni üzrə 8a və 8b siniflərinin fəallarından ibarət "Big Ben” və "Maiden Tower" komandalarının yarışı keçirildi. Yarış dinləmə, şəkil təsviri, oxuyub anlama və yazı olmaqla 4 mərhələdən ibarət idi. Şagirdlər öncədən yarışın şərtləri ilə tanış oldular. I mərhələdə şagirdlər mətni arada 2 dəqiqə fasilə olmaqla 2 dəfə dinləyib tapşırıqları yerinə yetirdilər. II mərhələdə " İn the Nature" mövzusunda şəkli təsvir etdilər. III mərhələdə "Ramadan holiday" mövzusunda açıq və qapalı tipli suallara cavab verdilər. IV mərhələdə isə dağınıq hərflərdən sözlər yaratdılar. Yarış "Maiden Tower” komandasının qalibiyyəti ilə nəticələndi.