“Şagirdin davranış qaydaları” mövzusunda təşkilat saatı

10a sinfinin rəhbəri Lalə Qiyasova “Şagirdin davranış qaydaları” mövzusunda təşkilat saatı keçirdi. Sinif rəhbəri şagirdlərə bölmələr üzrə müəyyənləşdirilmiş davranış qaydalarını bildirdi:
1. Davamiyyət və punktuallıq
2. Geyim və xarici görünüş
3. Təhlükəsizlik
4. Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi
5. Ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı
6. Etik davranış
Şagirdlər hər bir bölməyə aid qaydalar haqqında məlumatlandılar. Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş,qısnama kimi davranış formalarının yolverilməz olduğu bir daha xatırladıldı. Təşkilat işləri üzrə direktor müavini də iştirak edərək tövsiyələrini bildirdi. Onları davranış qaydalarına riayət etməyə çağırdı. Hər bir şagirdin məktəbli formasında, səliqəli geyimdə olması, etik davranışlara əməl etməsi vurğulandı. Öyrənmə prosesində dərsə, sinif yoldaşlarına mane olmamaq, summativ qiymətləndirmə zamanı köçürmə hallarına yol verməmək lazım olduğu bildirildi. Davranış qaydaları haqqında təlimata əməl etməli, bunun üçün də səylə çalışılmalı deyə qeyd edildi. Təşkilat saatı uğurla yerinə yetirildi.