"İdmansevərlər" layihəsi

"İdmansevərlər" layihəsi çərçivəsində məktəbimizin idmanla məşğul olan şagirdləri digər şagirdlərlə idmana meyil və maraqlarının necə yarandığı haqda söhbət etdilər. "İdman sağlamlıqdır, idman ruhun qidasıdır" mövzusu ətrafında diskussiya apardılar. Sonda şagirdlərə idmanın bütün növləri ilə məşğul olmaları tövsiyə edildi.