İdman viktorinası

Ümumi təhsil müəssisələrində idman həftəsi çərçivəsində şagirdlərin maraq və sağlamlığını nəzərə alaraq bir sıra tədbirlər həyata keçirildi. Həmçinin tədbirlərin davamı kimi idman müəlliminin təşkilatçılığı ilə şagirdlərlə idman viktorinası keçirildi. Viktorinada qruplararası yarışmada 5 b sinif şagirdləri iştirak edirdilər. İdman viktorinasının keçirilməsinin əsas məqsədi şagirdlərdə fiziki aktivliyə olan marağın artırılması, onların sağlamlığının möhkəmləndirilməsi vasitəsilə psixoloji dayanıqlığın qorunmasına nail olmaqdır.